en

Ideal Management Investment and Consulting

IMIC Bakıda yerləşən, aktivlərin idarə olunması, biznesin idarə olunması və biznes-konsaltinq xidmətləri göstərən şirkətdir. Fəaliyyət istiqaməti – müəssisələrin, fərdi investorların və sifarişçilərin investisiya ehtiyaclarının qarşılanmasına yönəlmişdir.

Investisiyalar

Şirkətin portfoliosu Azərbaycanda biznes mühitinin dinamikası haqqında fərqlənən düşüncələrimiz, dərin araşdırmalarımız və təhlillərimiz nəticəsində yaranan və çoxşaxəli sənayelərdə fəaliyyət göstərən uğurlu şirkətlərdən ibarətdir

Struktur

Portfoliomuza daxil olan şirkətlər ümumi bir mənbədən nəzarət və idarə olunan vahid iqtisadi müəssisə kimi fəaliyyət göstərir.

HAQQIMIZDA

IMIC investisiya üçün geniş həll yolları və xidmətləri təklif etməklə geniş spektri əhatə edən aktiv siniflərinə aid investisiyaları idarə edir. Komandamız investisiya qoyuluşlarına nail olmaq və maliyyə məqsədlərimizə çatmaq üçün hərtərəfli araşdırma aparmağa yüksək dərəcədə diqqət edir. Biz xüsusilə, nou-hau ( know-how) texnologiyaları, yüksək texnologiyalı həll yolları və alternativ üsulları, eləcə də ideyaları Azərbaycanın işgüzar mühitinə tanıtmağa maraqlıyıq.
Maliyyə məqsədlərinə nail olmağımızı təmin edən investisiyaların idarə olunması, biznes idarəetməsi və konsaltinq xidmətlərini təmin etmək.
Azərbaycanda sinifində ən qabaqcıl investisiya həlləri yaradıcısı olmaq.
Bütün səhmdarlara mehriban, ədalətli, səmimi və əməkdaşlıq çərçivəsində yanaşmaq

İNVESTİSİYANIN İDARƏ OLUNMASI

Daim dəyişən biznes və investisiya mühitində aktivlər və qiymətli kağızların peşəkar şəkildə idarə olunması, pul vəsaitlərinin idarəsi və investisiya siyasətinin inkişafı.

BİZNESİN İDARƏ EDİLMƏSİ

Üstün biznes təcrübələrindən istifadə etməklə biznes subyektlərinin idarə olunması, biznes proseslərinin, təşkilati strukturun və funksiyaların formalaşdırılması və yüksək mənfəətin əldə olunması.

KONSALTİNQ

Mövcud problemlərin dəqiq təhlilini və məqsədlərin əlçatanlığını təmin edən bilik, bacarıq və istehsalat sirrləri ilə təchiz olunmuş, praktiki və nəticəyə əsaslanan məsləhət.

PORTFOLIO

Qala Group

memarlıq, interyer dizayn, santexnika dizaynı (MEP), təchizat və tikinti sahələrində dövlət qurumları, şəxsi investorlar və fərdi müştərilərə yaradıcı həllər təklif edir. İş bölgüsü Strukturu (WBS) və Time Framework vasitələrindən istifadə edərək, Qala Qrupu yeni keyfiyyət standartlarını inkişaf etdirir və hər bir müştəriyə fərdi yanaşma tətbiq edir.

səhifəyə keç >>

XƏBƏRLƏR

  1. İMİC şirkəti Qazan layifəsi ilə “Falcons Summit Baku 2019” iştirak etmişdir

    2019-04-26

    24-26 Aprel tarixlərində Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində tərəfdaşı olduğumuz Azərbaycan İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə startapları, investorları və böyük şirkətləri bir araya gətirən “Falcons Summit Baku 2019” konfransı baş tutmuşdur. IMIC şirkəti tərəfindən təsis olunmuş QAZAN layihəsi bu konfransda investor qismində iştirak edərək startapçılar üçün geniş imkanlar təklif etmişdir.

  2. İMİC şirkəti AmCham təşkil etdiyi aylıq işgüzar naharda layihələri təqdim etmişdir

    2019-04-06

    ABŞ-ın Azərbaycana yeni təyin edilmiş səfiri Örl Litzenberqer Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) öz üzvləri üçün təşkil etdiyi aylıq işgüzar naharda qonaq spiker kimi çıxış edib.Ö.Litzenberqer Birləşmiş Ştatların Ali Diplomatik Xidmətinin peşəkar üzvüdür və 2019-cu il 2 yanvar tarixində ABŞ-ın Azərbaycandakı səfiri kimi ABŞ Senatı tərəfindən təsdiq edilmişdir. Naharda səfirlə yanaşı AmCham-ın 100-dən çox üzvü və tərəfdaşı, habelə diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Nahar, həmçinin, AmCham üzvləri tərəfindən keçirilən ayrı-ayrı təqdimatlar ilə yadda qalmışdır. Yadda qalan təqdimatlar arasında İMİC şirkəti tərəfindən təqdim olunan Qazan biznes inkubator və Sabah Residence layihələri yer alır. Nahar zamanı palata üzvlərinə layihələr haqqında geniş məlumat verilmişdir.

  3. Le Mag Showroom DEDAR Milano ilə əməkdaşlıq edir

    2019-02-19

    2011-ci ildən Hermes brendiyle əməkdaşlıq edən Dedar kompaniyasının parçaları cəlbedici rəng ve orjinal şəkilləri ilə fərqlənirlər. DEDAR Milano kompaniyasının istehsalı olan pərdə və tekstil örtükləri artıq Le Mag Showroom’da.

  4. İMİC biznes inkubator ve akselerator olan QAZAN layihəsinə start verdi

    2019-02-11

    "Qazan" IMIC şirkəti tərəfindən başladılan biznes inkubator və akselerator layihəsidir. Layihənin əsas məqsədi innovativ ideyaların və ya mövcüd müəssisələrin dəstəklənməsindən ibarətdir. İMİC şirkəti QAZAN layihəsi məqsədi vasitəsilə 500000 AZN-dək sərmayə nəzərdə tutmuşdur.

  5. Etro brendinin məhsulları artıq Le Mag Showroom’da

    2019-01-28

    Efsanəvi qeyim və aksessuar brendi sayılan Etro Jumbo Group la birgə mebel kolleksiyasın buraxmışdır. Le Mag Showroom bu kolleksiyanın mebelləri ilə daha yaxından tanış olma şansı verir.

  1. SABAH Residence Rec Expo 2018 sərgisində iştirak edib

    2018-11-29

    22-24 noyabr tarixlərində Bakı Expo sərgi mərkəzində Rec Expo daşınmaz əmlak və investisiya sərgisində Sabah Residence hal-hazırda inşaası gedən müasir yaşayış kompleksi nümayiş etdirib. Bu tədbirdə bir çox yerli və xarici şirkətlər iştirak etmişdir və dövlət orqanları tərəfindən çox böyük maraqa səbəb olub.

  2. İMİC Amerikanın Ticarət Palatası ilə üzvlük elan edir

    2018-10-17

    İdeal  İnvestisiyaların idarə edilməsi və Konsaltinq şirkəti 17/10/2018-dən Azərbaycanda aparıcı özəl qeyri-kommersiya iş adamları birliyinin - Amerika Ticarət Palatasının üzvü olub.  Amcham Azərbaycan 1996-ci ildə yaradılıb, 270-dən çox ölkə üzvlərinə Azərbaycanda xarici və yerli sahibkarlıq subyektlərinin maraqlarını dəstəkləyə və təbliğ edərək güzəştlər nəzərdə tutmuşdur. Ölkədə ən böyük və ən nüfuzlu təşkilatlarından biri olan Amcham ən yaxşı şəbəkə imkanları təklif edir. Sürətlə inkişaf edən şirkət kimi İMİC-də assosiasiyasının fəal üzvü olacaqdır

  3. Sabah Residence - Bayılda yerləşən yeni bir premium yaşayış kompleksinin tikintisi avqustda başlanacaq

    2018-08-06

    Avqustun sonunda, strateji mövqeyə, panoramik dəniz mənzərəsinə və qeyri-adi memarlıq üslubuna malik olan \"SABAH Residence\" müasir yaşayış kompleksinin tikintisi başlayacaqdır.

  4. Qala Qrup komandası İtaliyanın Azərbaycandakı səfiri ilə görüş keçirib

    2018-05-02

    Qala Qrupu İtaliyanın Azərbaycandakı Səfiri - Auqusto Massari ilə görüş keçirmişdir. Təqdimat zamanı səfir və şirkət nümayəndələri Azərbaycanda tikintinin inkişafı və əhəmiyyətini müzakirə ediblər. Hər iki tərəf iki ölkə arasında uzunmüddətli və səmərəli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdır. Qala Qrupunun , həm milli, həm də beynəlxalq bazarlarda şirkəti rəqabətə dayanıqlı edən şaxələndirilmiş və yaradıcı mütəxəssislərdən ibarət komandası var.

  1. 2017 Recexpo-da Sabah Residence

    2017-11-28

    Sabah Residence Noyabrın 28-30-u keçiriləcək Azərbaycanın ən böyük sərgisində , 2017 Recexpo-da iştirak edir. Sərgi çərçivəsində Sabah Residence  layihə təqdim edəcək və ziyarətçilərə mənzil haqqında bütün məlumatları verəcək.

  2. Creations Methapores-in yeni parça kolleksiyasının təqdimatı.

    2017-10-06

    Oktyabrın 5-də Le MAG şourumunda Hermes şirkətlər holdinqinə daxil olan, Fransa istehsalçısı Creations Metaphores-un 2017-ci il parça kolleksiyasının təqdimatı keçirildi.

  1. QALA QRUP ŞİRKƏTİ İSTANBULDA BEYNƏLXALQ SƏRGİLƏRİN TƏRƏFDAŞI OLDU.

    2016-03-28

    Qala Qrupu 2010-cu ilin noyabrında təsis edilmiş Azərbaycanın ən məşhur və iri memarlıq və tikinti şirkətlərindən biridir. 6 ildir Qala Qrupu həm Azərbaycanda, həm də xaricdə təmsil etdiyi xidmətlərin bütün sahələrində ən yaxşı şəkildə özünü göstərməyə müvəffəq olmuşdur.

  2. Atkins subpodratçıların biri kimi "Qala Qrupu" təyin edib.

    2016-02-15

    "Atkins" həyata keçirilən "Bakı Ağ Şəhər" layihəsi üzrə subpodratçıların biri kimi "Qala Qrupu" təyin edib. Tərəfdaşlığa aşağıdakı sahələr və o cümlədən texniki rəsmlərin geniş spektrini təmin etmək daxildir; Memarlıq, inşaat mühəndisliyi, maşınqayırma, landşaft dizaynı və interyer dizaynı.

  3. Kapital bank filialların təmiri və rebrendiqini Qala Qrupuna əmanət edib

    2016-02-01

    “Qala Qrupu”, xidmət spektrına əsaslanan İMİC-in portfeli daxilində olan  memarlıq və inşaat sahələrində fəaliyyət göstərən böyük şirkətdir, dinamik inkişaf edir və Azərbaycanda eləcədə xaricdə olan böyük şirkətlərin sifarişlərində iştirak edib.

QAZAN

Qazan – IMIC şirkəti tərəfindən təsis olunmuş innovativ layihələr üçün biznes inkubatorudur. “Qazan” gənc sahibkarlara qarşıya qoyulan hədəflərə çatmaq üçün inkubasiya, akselerasiya və maliyyələşdirmə həlləri ilə təmin edərək,      500 000 AZN-dək investisiya qazanmaq şansı yaradır. Qazan layihəsi, startap inkubator, akselerator və digər hibrid modellərin məcmusudur.

BİZƏ QOŞULUN

Seçmə
Müqavilə
Sürətləndirmə
Tamamlama
Məzunlar

ƏLAQƏ

+994 12 408 01 11

+994 50 287 77 17

 

info@imic.az


Qurban Abbasov küç. 29, Bakı, Azərbaycan 
Bayıl Plaza 2-ci mərtəbə

© 2019 | IMIC